Kateqoriyalar

معلومات المواد باللغة العربية

Müsəlman üçün zəruri olan şeylər

Ünsürlərin sayı: 10

  • Azərbaycanlı

    PDF

    Yazıçı : Yaşar Qurbanov

    "O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar. Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!" (Loğman, 4-5)

  • Azərbaycanlı

    PDF

    Yazıçı : Yaşar Qurbanov

    Allah təala insanları özünə ibadət etmək üçün yaratmışdır. Tovhid Allahın ibadətdə fərdiləşdirilməsi, yəni ibadətin yalnız Vahid Allaha məxsus edilməsi deməkdir. Allah buyurur: «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım» (əz-Zariyat, 56), yəni Məni ibadətdə tovhid və duada fərdiləşdirmək üçün yaratmışam. Yaşar Qurbanov “İslam Nuru” kitabından

  • Azərbaycanlı

    PDF

    Yazıçı : Yaşar Qurbanov

    Müsəlmanların və dəvət sahiblərinin əksəriyyəti dinin ən əsas prinsipi olan Tovhidin həm ayrı-ayrı fərdlərin, həm də bütövlükdə cəmiyyətin tərbiyə və islahında mühüm rolunu və həmçinin, bu prinsipin tətbiqi və iqrarı uğrunda cihadla zəngin olan şərafətli Peyğəmbər həyatının tarixini kifayət qədər bilmirlər. Tovhidin ərəb dilində hərfi mənası fərdləşdirmək (yəni təkləmək, tək hesab etmək) deməkdir. Şəriət mənasında “tovhid” - Allah təalanın fərdiləşdirilməsi, Ona xas və vacib olanların təkliyinin iqrar edilməsi deməkdir. Yalnız Allaha xas olanlar bunlardır: rübubiyyət, adlar, sifətlər və qəza-qədər. Allaha vacib olan bəndənin Ona tam sədaqətlə ibadət etməsidir. Tərifdən göründüyü kimi tovhidin üç növü vardır: rübubiyyət tovhidi, adların və sifətlərin tovhidi və üluhiyyət (ibadət) tovhidi. Yaşar Qurbanov “İslam Nuru” kitabından İndi yüklə!

  • Azərbaycanlı

    PDF

    Yazıçı : Yaşar Qurbanov

    (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə sursəi, 100)

  • Azərbaycanlı

    PDF

    Sələf alimlərindən biri belə deyir: “ALLAH qullarına nemətlər vermiş və onları gücləri yetdikcə şükr etməklə məsul tutmuşdur. Az da olsa şükr etmək, hər hədiyyəyə qarşılıq çox da olsa yaxşılıq etmək lazımdır. Qul şükr etməsə, neməti ortadan qalxmağa tərk etmiş və onu zəlalət nişanı ilə vəsfləndirmiş olar.”

  • Azərbaycanlı

    PDF

    “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (ALLAH`ın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.” (Ali İmran surəsi, 3/190)

  • Azərbaycanlı

    PDF

    Rəsulullahın (s.a.v.) öz ümməti üzərində çoxlu haqları vardır. Onlardan bir neçəsi aşağıdakılardır: Ona tam şəkildə iman etmək və gətirdiyi şəriəti təsdiq etməkdir ki, Allah taalka bu haqda buyurur: “Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura iman gətirin! Allah sizin etdiklərinizdən xəbərdardır”. (ət-Təğabun, 8) Digər bir ayədə Uca Rəbbimiz buyurur: “Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə ina¬nan və ümmi (yazıb-oxuma bilməyən) peyğəmbər olan rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (əl-Əraf, 158)

  • Azərbaycanlı

    PDF

    Yazıçı : Yaşar Qurbanov

    Əvvəldə islam və imanının rüknlərindən və xüsusi ilə də Allahın təkliyindən, yalnız Onun ibadətə layiq olmasından, islamın inanc təməli olan “Lə iləhə illəllah, Muhəmmədən rəsulullah” şəhadətindən bəhs etdik. Çünki dini, ibadəti Allaha məxsus etmək namaz qılmaqdan öncədir: «Halbuki onlara əmr edilmişdi ki, Allaha- dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək- ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru– düzgün din budur!» («əl- Bəyyinə», 5). YASAR QURBANOV “İSLAM NURU” KITABINDAN

  • Azərbaycanlı

    PDF

    Sünnədə olan təbii təmizlik Allahın insanları fitrət ilə yaratdığı sifətlər.

  • Azərbaycanlı

    PDF

    Dəstəmazın, təyəmmümün və qüslun alınması qaydaları